Fövqəladə Hallar Nazirliyi Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.
Belə ki, Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.