12 Avqust 2019 09:15
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.

Teleqraf.com xəbər verir ki, bu gün Qurban bayramı münasibətilə saat 08:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən, saat 09:00-da Bakının “Təzəpir” məscidində bayram namazı qılınıb.

“Təzəpir” məscidində bayram namazı məscidin imamı Mircəfər Əyyubovun pişnamazlığı ilə qılınıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Qeyd edək ki, avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunur.


Müəllif: Teleqraf.com