13 Avqust 2019 19:30
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin rəhbəri Hüseyin Keskin məlumat verib.

O bildirib ki, bu istiqamətdə davam edən danışıqlar artıq yekunlaşıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əldə olunan yeni razılığa əsasən açılacaq bu hava dəhlizi vasitəsilə Türkiyədə yerləşən hava limanları ilə Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanı arasında birbaşa uçuşlar həyata keçiriləcək.

Uçuşların avqustun 15-dən etibarən başlaması planlaşdırılır.

Hüseyin Keskin hazırda bu reyslərin həyata keçirilməsi üçün İran və Ermənistanın hava sahələrindən istifadə olunduğunu qeyd edib.

Bildirilib ki, yeni dəhlizin istifadəsi həm vaxtı qısaldacaq, həm də yanacağa qənaət baxımından daha əlverişlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər