5 Sentyabr 2019 14:43
2 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyinin Maliyyə Monitorinqi Xidmətinə direktor təyin edilib.

Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə qurumun direktoru Rövşən Nəcəf təyin edilib. Faktı “Report”a hökumətdən təsdiq ediblər.

Məlumata görə, R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Salyan rayonunda anadan olub.

Xatırladaq ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 30 may 2019-cu il tarixli sərəncamı ilə Vergilər Nazirliyinə verilib.

***

12:41

Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf vəzifəsindən azad edilib.

Rövşən Nəcəfin adı "Struktur" bölməsindən çıxırılıb.

Xatırladaq ki, Rövşən Nəcəf ölkə başçısının sərəncamına əsasən ötən ilin may ayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilmişdi. Bu təyinatadək o "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru olaraq işləyib./Unikal.org/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər