10 Sentyabr 2019 12:28
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Sabirabad rayonunda qarayara xəstəliyinin aşkarlandığı xəstələrin son durumunu açıqlayıb.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, hazırda xəstələrin müalicəsi davam edir.

Onların müalicəsi Sabirabad Mərkəzi Rayon Xəstəxanasında aparılır. Xəstələrin vəziyyətləri normal qiymətləndirilir.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişidə qarayara xəstəliyi aşkarlanıb.

Bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinlərində aşkarlanan qarayara xəstəliyinin törədicisinin mənbəyinin müəyyən olunması üçün araşdırmalara başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər