12 Sentyabr 2019 18:52
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 12-də Ədliyyə nazirinin müavini Vilayət Zahirov İmişli rayonunda vətəndaşların qəbulunu keçirib.

Teleqraf.com xəbər verir ki, qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib, həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər