15 Sentyabr 2014 18:02
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kembric Universitetinin keçmiş riyaziyyat professoru, nəzəri fizikaçı və astronomu Hokinq “Tanrı zərrəciyi” haqqında danışıb.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, professor S.Hokinq “Tanrı zərrəciyi” deyə tanınan Hiqqs bozonunun kainatın sonunu gətirə biləcəyini iddia edib.

Hokinqə yüksək enerji yükləndiyində Hiqqs bozonnun zaman və kosmosun birdən-birə çökməsinə səbəb ola biləcəyini söyləyib :

“Var olan hər şeyə forma və ölçü verən “Tanrı zərrəciyi” yüksək təsir altında qalsa, fəlakətlə nəticələnəcək bir vakuum təsiri yarada bilər. Kosmos və zaman biz bunun necə olduğunu anlamağa fürsət tapa bilmədən çökə bilər”.

Hokinq, “Tanrı zərrəciyi” haqqında fikirlərinə yeni kitabı “Starmuş”un ön sözündə yer verib.
Qeyd edək ki, Britanyalı elm adamı Peter Hiqqs 1960-cı ildə “Tanrı zərrəciyi” deyilən hissəciyin varlığını iddia edib.

Zərrəciyin varlığı isə 2012-ci ildə İsviçre-Fransa sərhəddindəki CERN Laboratoriyasında aparılan təcrübələrlə elmi şəkildə təsdiqlənib.


Müəllif:

Oxşar xəbərlər