24 Sentyabr 2019 10:16
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yasamal rayon mərkəzində son illər təmirsiz qalan azsaylı idman məkanlarından biri olan “Məhsul” stadionunda uzun illər əsaslı təmir aparılmayıb. Baxımsız qalması səbəbindən pis vəziyyətə düşən stadionda təmir-bərpa işləri aparılır. Həmkarlar İttifaqlarının İdman Təşkilatlarını İctimai Birliyi Sağlamlıq Kompleksində (keçmiş “Məhsul” stadionu) təmir işləri maliyyə vəsaitinin çatışmazlığı səbəbindən bir müddət dayanmışdı. Hazırda bu məsələ həll olunduğundan təmir-bərpa işləri davam etdirilir”.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov Həmkarlar İttifaqlarının İdman Təşkilatları İctimai Birliyi Sağlamlıq Kompleksinin (keçmiş “Məhsul” stadionu) təmiri məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, təmir tikinti işlərinin bərpası 2020-ci ildə bitəcək: “Dəqiq ay məlum olmasa da əminliklə deyə bilərik ki, stadion 2020-ci ildə tam hazır olacaq”.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər