25 Sentyabr 2019 16:33
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Gülyanaq Məmmədova Şəkidə yaşayan bacısı Rəhimə Məmmədkərimovanın ailəsinin düşdüyü maşın qəzasından danışıb.

Teleqraf.com-a açıqlamasında müğənni qəzada xəsarət alan bacısı oğlanlarının birinin durumunun ağır olduğunu deyib:

“Bacımın həyat yoldaşı dünən dəfn edildi. Çox pis vəziyyətdəyik. Xəstəxanadan indi gəldim. Bacım oğlanları və iki qohumumuz Gəncə xəstəxanasındadırlar. Onlardan ikisinin səhhəti yaxşı, ikisininki isə ağırdır. Bacım oğlunun biri bu gün əməliyyat olunacaq. Sinəsi sıxılıb, baş-beyin tramvası alıb.

Bacımın ürəyi partlayırdı. Oğlunun birinin səhhəti yaxşı olduğuna görə onu xəstəxanaya apardım. Oğlunu görüb bir az sakitləşdi. Üç övladı var, hadisə zamanı oğlunun yalnız biri maşında olmayıb”.

Xalq artisti hadisəni eşidəndə şoka düşdüyünü deyib: “Mənə bacım oğlunun telefonundan zəng gəldi. Geri zəng etdim, götürən olmadı. Həyat yoldaşıma zəng ediblər. O da məni öyrəşdirə-öyrəşdirə bu haqda məlumat verdi. Bütünü işlərimi kənara qoyub rayona getdik. Allah hamının ailəsini qorusun”.

Xalq artisti bacısının vəfat edən həyat yoldaşı Mövsüm Məmmədkərimov haqqında da məlumat verib: “Rəhmətlik həkim idi. Hər səhər qohumlarımızı da maşını ilə işə aparırırdı. Rayonda təzə yol təmiri gedir. Yol idarəsinin maşını qəflətən bacımın həyat yoldaşının idarə etdiyi avtomobilin önünə çıxıb. Hazırda araşdırma gedir”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər