15 Sentyabr 2014 23:41
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 14-dən yağan intensiv leysan yağışlar Marneuli rayonundakı Kirəc Muğanlı kəndində bir çox evləri sel suları və palçıqla doldurub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün məlum olub ki, əkin sahələri də yararsız hala düşüb.


Kirəc Muğanlı kənd sakini Müzəffər Məmmədov APA-ya açıqlamasında sel sularının onun evinə doldurduğu palçığı öz gücləri ilə kənara daşıdıqlarını bildirib: "Hələlik heç bir köməyimiz yoxdur. Evin yaxınlığındakı mal-qara tövləsinə də palçıq dolub, qoyunlarımız palçığın içində qalıb. Qış üçün topladığımız ot tayası su içində üzür, texnika yoxdur. Qonşuların köməyi ilə palçığı küçəyə daşıyırıq."


Məlumata görə, dünən axşam Rustavi şəhərindəki binaların zirzəmilərinə də sel suları dolub. Artıq Kvemo-Kartli bölgəsində fəaliyyət göstərən yanğından mühafizə və xilasetmə xidmətləri küçə və binaların zirzəmilərində təmizləmə işləri aparırlar


Müəllif:

Oxşar xəbərlər