Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, Sabirabad şəhərində keçiriləcək qəbulda Şirvan, Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul 8 noyabr 2019-cu il tarixində saat 11.00-da Sabirabad şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyənlər DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə və ya DİM-ın Şirvan regional müraciət edə bilərlər.
Bundan əlavə Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon Təhsil şöbələrində 4-7 noyabr tarixlərində saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.