13 Yanvar 2020 14:21
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər əsrlərlə Bakıda yaşayıblar, amma 30 il əvvəl onlar bu şəhərdən zor gücünə çıxarıldılar”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Azərbaycan ərazilərinin 20 faizdən çoxunu işğal edən Ermənistanın başçısı bu dəfə də ənənəsinə sadiq qalaraq, ölkəmizə qarşı çirkin yalanlar danışmaqdan çəkinməyib.

İşğalçı hökumətin rəhbəri 30 il əvvəl ermənilərin könüllü şəkildə Bakıdan getməsini “etnik təmizləmə” adlandırıb: “Sumqayıt hadisələrindən sonra artan repressiya və etnik təmizləmə siyasəti nəticəsində 1990-cı ildə Bakıda yaşayan 250 min ermənidən yalnız 35-40 min nəfəri qaldı. Onların sonrakı taleyi daha faciəli oldu.

Ermənilər əsrlər boyu Bakıda yaşayıblar və bu şəhəri həqiqətən çox mədəniyyətli bir imic bəxş ediblər. 19-cu əsrdə şəhərin neft sənayesinin yaranmasına və inkişafına böyük töhfələr verdilər. Sovet dövründə ermənilərin şəhərin inkişafındakı rolu da əvəzolunmazdır”.

Ermənistan başçısı bir faktı unudur ki, bu gün də Bakıda 30 minə yaxın erməni yaşayır. Onların hər biri Azərbaycan vətəndaşıdır və aradan keçən 30 il ərzində heç bir dini və milli ayrı-seçkiliyə məruz qalmayıb.

Görünür Nikol Paşinyana o fakt da məlum deyil ki, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılardan fərqli olaraq, o dönəmdə Bakıda yaşayan ermənilər buradan köç edəndə bir nəfər belə həlak olmamışdı. Ermənilər isə Qərbi Azərbaycanda – öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları soyqırıma məruz qoydu, zorla köçə məcbur etdi. Nəticədə minlərlə azərbaycanlı qətlə yetirildi, yüz minlərlə insan öz yurdundan didərgin düşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər