28 Yanvar 2020 13:37
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Blogger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Elşad Hacıyev bildirib ki, o, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir:

"Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər