11 Fevral 2020 00:09
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti sudan istifadə qaydalarına dəyişiklik haqda qərara aydınlıq gətirib.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, qərara əsasən hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir.

Eyni zamanda tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir.

Bu Qərar ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər