Xəbər verildiyi kimi ötən gün səhər saatlarından başlayaraq Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat aparılıb.
Əməliyyat nəticəsində artıq bir neçə nəfərin tutulduğu bildirilir.
Teleqraf.com unikal.org-a istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var.
Xəstəxanadan məlumatı təsdiqləyiblər.