22 Fevral 2020 17:26
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədlər Ziya Quliyev, Afiq İsrafilovun və digərlərinin müraciətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar şikayətçilərlə əlaqə saxlanılıb. Ekspert qrupu müraciəti hərtərəfli araşdırıb. Dairə üzrə seçki məntəqələrində pozuntular aşkar edilməyib”.

MSK namizədlərin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və bununla bağlı qərar qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər