16 Mart 2020 22:51
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata əsasən, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər