Rabitə və Yüksək Texnologiyalar Nazirliyi noyabr-dekabr aylarında əhaliyə təqdim edilən rabitə xidmətləri üzrə güzəştli kampaniyalar təşkil edəcək.
AzərTAc-ın məlumatına görə, bu dəfəki kampaniyalar rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı və Azərbaycanda telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə bağlıdır.