31 Mart 2020 13:30
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən 31 mart – 03 aprel 2020-ci il tarixlərdə Azərbaycanlıların Soyqırımı Gününün 102-ci ildönümü ilə əlaqədar təşkil edilən onlayın fəaliyyətlərə gəncləri qoşulmağa dəvətə edir.

31 mart Soyqırımı, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı Quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Onlayın fəaliyyətlərin təşkil edilməsindən məqsəd xalqımıza qarşı törədilmiş bu amansız qətliyamın vahid platforma və vahid həştəqlər üzərindən faktlar əsasında kütləvi şəkildə paylaşılması ilə gənclərin səsini dünya ictimaiyyətinə çatdırılmasını təmin etməkdir.

Bunun üçün 7 dildə hazırlanmış (Azərbaycan, Rus, İngilis, İspan, İtalyan, Fransız və Ərəb) faktlar, poster, facebook profili üçün çərçivə və poster, foto və videolar vahid bir baza toplanmışdır.

Baza daxil olub məlumatları #Genocide #Genocide102 #31MarchGenocide həştəqləri ilə facebook, twiter, instagram və digər sosial şəbəkələrdə paylaşmaq mümkündür.

Bazaya keçid aşağıdakı linkdən:

https://www.facebook.com/notes/az%C9%99rbaycan-respublikas%C4%B1n%C4%B1n-g%C9%99ncl%C9%99r-v%C9%99-idman-nazirliyi-g%C9%99ncl%C9%99rl%C9%99-i%C5%9F-%C5%9F%C3%B6b%C9%99si/31-mart-az%C9%99rbaycanl%C4%B1lar%C4%B1n-soyq%C4%B1r%C4%B1m%C4%B1-g%C3%BCn%C3%BC/881852002264353/

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsi bir qeyd yayımladı.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsi


Müəllif: Aysel Azad

Oxşar xəbərlər