“Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclərin İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində “Sürəti azalt, ömrünü uzat!” veloyürüşünü keçirib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, yüzə yaxın gəncin iştirakı ilə keçirilən yürüşün əsas məqsədi yeniyetmə və gənclərin yol təhlükəsizliyi qaydaları uğrunda səylərinin gücləndirilməsini, yol mədəniyyətinin inkişaf etdirilməsində onların rollarının artırılmasıdır.
Yürüşdə gənclər tərəfindən maarifləndirici materiallar paylanılıb, ictimai iaşə obyektlərinin qarşısında müxtəlif yaş təbəqəsindən ibarət olan insanlarla profilaktik söhbətlər aparılıb. Sözügedən layihə çərçivəsində gənclərin yol təhlükəsizliyi sahəsində təşəbbüs klubları yaradılıb, yerlərdəki könüllü qruplar vasitəsilə görüşlər, yol kənarlarında maarifləndirici aksiyalar təşkil edilib.
BƏXTİYAR