29 Sentyabr 2014 15:58
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə qəribə hadisə baş verib.

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, payon sakinlərindən birinin bağında olan bir neçə ağac çiçək açıb, bəzi ağaclar isə yarpaqlayıb.

Belə ki, Tərtər rayon sakinı İlqar Sultanova məxsus bağda demək olar kı, yazla-payızın vəhdəti hiss olunur. Burada hər bir ağacın budaqlarında həm quruyan, həm də yeni pöhrələnən yarpaqlara rast gəlmək mümükündür. Hətta bağda olan alma, armud və nar ağacları çiçək açıb.

Fındıq ağacında isə yenidən yarpaqlanma müşahidə olunur. İlqar bildirir ki, belə halla ilk dəfə qarşılaşır. O, bunu "təbiətin möcüzəsi" kimi qəbul etdiyini deyir:

"Mən məhləyə çıxanda baxdım ki, alma, armud, fıntıq ağacı yarpaqlayıb, alma ağacı, armud ağacı, nar çiçək açıb. 42 yaşım olmasına baxmayaraq, birinci dəfədir belə halla qarşılaşıram".

Daşqın Abdullayev, Tərtər


Müəllif:

Oxşar xəbərlər