2 Aprel 2020 11:51
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xüsusi karantin rejimi tətbiq olunan andan polis əməkdaşları xüsusi iş rejimində çalışırlar. Ara-sıra bəzi vətəndaşlar karantin rejimini pozmağa cəhd göstərirlər".

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.

Onun sözlərinə görə, qaydaları pozan 41 obyekt aşkar edilib. Respublikanın şəhər-rayon ərazilərində təşkil edilən polis postlarından keçməyə cəhd edən 12 nəfər həbs edilib, 1200 nəfər inzibati qaydada cərimə edilib: "Vətəndaşlardan özünü təcrid qaydalarına riayət etməyi xahiş edirik".

Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimov isə deyib ki, fevralın 27-fən bütün avtobuslarda dezinfeksiya işləri aparılır, sürücülər əlcək və maska ilə təmin edilib. Daimi profilaktik işlər aparılır:

"Müəyyən sıxlıqlar yaranır. Metrodan istifadə eskpress xətt marşurutları ilə əvəzlənib. Bu günə qədər eskpress xətlərlə 27 min sərnişin daşınıb".

O bildirib ki, dünənə qədər 95 xətt üzrə 21 min sərnişin daşınıb. Hər ekspress xətdə 85 ədəd ehtiyat avtobus var.

Qurum rəsmisi vətəndaşlardan şəxsi izolyasiya qaydalarına riayət etməyi xahiş edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər