Penitensiar Ximdətin keçmiş əməkdaşları - Xaqani Mustafayev və Səbuhi Mirzəyev Quba Rayon Mərkəzi Xəstəxanasında olublar.
Teleqraf.com-un xəbərinə görə, həmin şəxslər xəstəxanada koronavirusdan müalicə alan xəstələrə, tibb işçiləri və həkimlərə ərzaq yardımı göstəriblər.
Göstərilən diqqətə görə xəstəxanda müalicə alan şəxslər və səhiyyə işçiləri X. Mustafayev və S. Mirzəyevə minnətdarlıqlarını bildiriblər.
Onu da qeyd edək ki, S.Mirzəyev Xaçmazda yerləşən "Xanbağı" restoranının sahibidir.