Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilir. Layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri TƏBİB-in İdarə Heyətinin Sədri Ramin Bayramlı deyib:
" Layihənin əsas məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları inkişaf etdirməkdir. Layihə 4 qrup şəklində həyata keçiriləcəkdir".