Xüsusi karantin rejimi ilə əlaqədar olaraq əhalinin həssas təbəqəsinə aid aztəminatlı ailələrə Neftçala Rayon İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən ərzaq yardımları göstərilib.
Teleqraf.com xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyətinin başçısı Mirhəsən Seyidovun təşəbbüsü ilə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən imkansız ailələrin evləri ziyarət olunub.
Keçirilən görüş zamanı onların hazırkı durumları ilə yaxından maraqlanılıb və həmin ailələrə ərzaq yardımları təqdim edilib. Rayon İcra Hakimiyyəti bu dövr ərzində 730 ailəyə sosial təminat sahəsində köməklik göstərib.
Yardım kampaniyasında Rayon İcra Hakimiyyəti ilə yanaşı rayon ərazisində fəaliyyət göstərən digər idarə, təşkilat və qurumlar da yaxından iştirak ediblər.
Rayon icra hakimiyyəti və rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən imkansız ailələrə könüllü şəkildə yardımlar göstərilir və hazırda bu səpkidə işlər davam etməkdədir.