22 Aprel 2020 19:08
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 22-də fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti yaradılır.

Dövlət Sığorta Xidmətinin Nizamnaməsi və strukturu təsdiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər