9 May 2020 21:48
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinli professor Çjun Nanşan koronavirusun ən təhlükəli cəhətini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, koronovirusun çox yoluxucu olduğunu açıqlayıb:

"Bu virus mövsümi qrip, SARS, həmçinin MERS koronavirusundan daha sürətli və asan yayılır. Beləliklə, bu virus çox təhlükəlidir. İnfeksiyanın əlamətləri arasında əzginlik, qızdırma, həmçinin quru öskürək üstünlük təşkil edir. Atipik yorğunluq da baş verir".

"Huantsyuvan" portalına görə, infeksiyadan qorunmaq üçün dörd komponentli nəzarət sistemini təşkil etmək lazımdır: "Söhbət erkən qorunma, erkən aşkarlama, eləcə də erkən diaqnozdan gedir. Erkən izolyasiya məsələsi də çox vacibdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər