Hazırda dünyanın şimal qütbündə havanın istiləşməsi müşahidə olunur. Lakin o zonada yerləşən ölkələrdə koronavirusa yoluxma hallarında artım müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib:
"İsti havanın hansı şəraitdə virusu öldürəcəyini iddia etmək tezdir. Bunu dəqiq müəyyən etməyə vaxt lazımdır".