23 May 2020 20:22
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laqeydlik bizim qanımızdadır, belə olmasaydı, tarix boyu bu günlərə məğlub kimi gəlməzdik. Bəlkə, özümüzə dönək, dönək ki, gələcək itkilərimizə son qoyaq. Dönək ki, heç olmasa gələcək nəslimizin qınağına tuş gəlməyək.

Teleqraf.com xəbər verir ki, bunu BDU-nun Erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi deyib:

O bildirib ki, 2011-ci ilin dekabrında Rusiya Federasiyasının Amur vilayətində əslən Axırkələkdən (Cavaxetiyadan) olan Misak Lazaryan adlı bir erməni Bərdə rayonunun Zümürxan kəndindən olan Cabbar Əliyev adlı azərbaycanlını qəsdən öldürən. O, Ermənistana qaçmış və bu günədək Rusiyanın hüquq-mühafizə orqanlarından gizlənməkdədir. Rusiya vətəndaşı olan erməniyə cinayət işi də açılmışdı. Lakin hadisədən 9 il keçməsinə baxmayaraq, M. Lazaryan Ermənistandakı qan qardaşlarının yanında kef çəkərək sərbəst dolaşmaqdadır".

İsmayıl Tanrıverdi qeyd edib ki, bu barədə Ermənistan mediasında dəfələrlə müzakirə olunsa da erməni tərəfi cinayətkarı Rusiyaya qaytarmaq fikrində deyil: "Hətta ruslara belə cavab da verilmişdi ki, "Lazım gələrsə onun cəzasını biz özümüz verərik, bir şərtlə ki, cəzasını Ermənistanda çəksin". Sual olunur ki, Gürcüstanda anadan olmuş, Rusiya vətəndaşını Ermənistanda necə mühakimə edə bilərlər?

Buna görə də bizim Rusiyadakı səfirliyimiz, diasporumuz, XİN və hüquq mühafizə orqanlarımız erməni tərəfindən qətlə yetirilmiş Cabbar Əliyevin indiyədək qanının yerdə qalmasına göstərdikləri laqeyd münasibətə son qoymalı və cinayətkarın layiqli cəza alması üçün əllərindən gələni etməlidirlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər