Bakıda xüsusi karantin qaydalarını pozan dönər evi aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Biləcəri yolunda yerləşən "Keyfi manqal" dönər evinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərdiyi məlum olub.
Müvafiq reydlərlə dönər evində ümumilikdə 4 nəfərin xüsusi karantin qaydalarını pozduğu aşkarlanıb.
Daha sonra obyekt sahibi barəsində inzibati protokol tərtib olunaraq 2 000 manat, digər şəxslər isə 100 manat cərimə olunublar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.