4 İyun 2020 18:26
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bütün hallarda digər ölkələrə nümunədir. Operativ Qərargahın yaradılması da müsbət addımdır. Bütün bunları nümunəvi saymaq olar.

Teleqraf.com xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı Operativ Qərargahın brifinqində belə deyib:

"COVID-19-la bağlı tibbi bölmənin yaradılması təqdirəlayiqdir. Həmçinin, müvafiq tədbirlərin görülməsi nümunəvidir.

Sual verirdilər ki, yumlaşdılma tədbirlərindən sonra yoluxma halları artır, nəyə görə bu tədbirlər görülür? Yumşalma tədbirlərindən sonra yenidən sayın artması və yenidən qabaqlayıcı tədbirlərin görülməsi də nümunəvi addımdır. Azərbaycanda koronavirusla bağlı vəziyyət idarə olunur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər