4 Oktyabr 2014 10:58
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qurban bayramı münasibətilə nazirliyin Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinə gələrək, internat evinin sakinlərini və burada çalışan sosial işçiləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

S.Müslümov bildirib ki, hazırda nazirliyin tabeliyində fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün iki internat evi fəaliyyət göstərir. Bu müəssisələrdə ümumilikdə 300 nəfərdən çox uşaq tam dövlət təminatında yaşayır. Son illərdə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində onların hər ikisində, yəni bu internat evində və Bakının Xəzər rayonunun Şağan kəndindəki 3 saylı internat evində əsaslı təmir və yenidənqurma işləri aparıldıqdan sonra bu müəssisələrdə uşaqlar üçün nümunəvi şərait hökm sürür. Yeni avadanlıqlarla və dərman preparatları ilə də təmin edilən bu internat evlərində fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, idman, musiqi, akt zalları və s. vardır. Həmçinin uşaqların bacarıqlarının inkişaf etdirilməsi mini emalatxana və müxtəlif dərnəklər fəaliyyət göstərir. Digər bir sıra sosial xidmət müəssisələrində də normal şərait mövcuddur və hazırda nazirliyin tabeliyindəki bütün sosial xidmət müəssisələrində belə müasir tələblərə uyğun şəraitin yaradılması, onların təminatının gücləndirilməsi üçün zəruri işlər aparılır.

Nazir 4-18 yaş arasında olan 144 nəfər uşağın dövlət himayəsində yaşadığı internat evində uşaqların qida, geyim, tibbi xidmət və dərman pereparatları ilə təminatı, aparılan reabilitasiya prosedurları, müəssisənin kommunal təchizatı, yeməkxanası, yataq korpusu, musiqi, akt, idman zalları, dərnəkləri, mini emalatxanası, kompüter otaqları və s. ilə tanış olub.

S.Müslümov burada hər bir uşağa daim diqqət və qayğı ilə münasibət göstərilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi üçün bütün tədbirlərin görülməsi barədə tapşırıqlar verib. Sonra internat evinin balaca sakinlərinin əl işlərinə baxış olub.


Müəllif:

Oxşar xəbərlər