5 İyun 2020 14:56
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyasınnı (CHP) sədri Bədrəddin Quliyev Aərbaycan hökumətinin şənbə və bazar günləri çölə çıxmaq yasağının tətbiq etməsini dəstəkləyən bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, bəyanatda hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamağın mümkün olduğu xatırlanır.

Bildirilir ki, məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılıb:

“Vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərqlərin yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təkliflər hazırlanmışdır. Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin iki gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir”.

Bəyanat müəllifi onu da xatırladıb ki, pandemiya təhlükəsinin ikinci mərhələsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının da qeyd etdiyi kimi, təhlükənin ikinci mərhələsinin aradan qaldırılması zəruri hallardan biridir:

“Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yaradılmış Operativ Qərargahın beynəlxalq təcrübəni nəzərə alaraq, bir sıra tədbirlərin həyata keçiriməklə bağlı qərar imzalayıb. Bu tələb və tövsiyələrə hər bir vətəndaşın riayət etməsi həm də gözlənilən təhülkə və problemlərin aradan qaldırılmasına xidmət edir”.


Müəllif: Cavad

Oxşar xəbərlər