2 İyul 2020 16:59
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, müvafiq icazə olmadan hərəkət edən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunurlar.

Diqqətə çatdırılır ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə hərəkət iştirakçıları sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə etməlidir.

Hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Bakının küçə və prospektlərində, məhəllədaxili yollarda, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər