Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.
Şəhla Bağırzadə Teleqraf.com-a açıqlamasında əməkdar artistin səhhətinin stabil olduğunu bildirib.
O, Birinci-vitse prezident Mehriban Əliyevanın Bəhram Bağırzadə ilə dünən telefonda danışdığını qeyd edib: "Mehriban xanım çox sağ olsun, Bəhram Bağırzadənin vəziyyətini nəzarətdə saxlayır. Bəhramın səhhəti stabildir, reanimasiya şöbəsindədir. Hələ ki reanimasiyadan çıxması ilə bağlı heç bir məlumat verilmir. Bəhramın özü ilə danışmamışıq".
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Onun ağciyər toxumasının 90 faizdən çox zədələndiyi məlum olub.