Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 18-nə olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 9 263 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 619 786 test aparılıb. Onlardan 27 133-nün cavabı pozitiv çıxıb. İndiyədək 349 nəfər COVID-19-dan dünyasını dəyişib, 18 450 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 334 nəfərdir. 333 nəfər reanimasiyada, 63 nəfər süni tənəffüs cihazındadır.
Xatırladaq ki, bu gün Azərbaycanda 497 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 465 pasiyent sağalıb.