24 İyul 2020 21:25
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndiyədə qədər dünya azərbaycanlılarının Qarabağ məsələsində səsləri bu qədər gur eşidilmirdi. Son yürüşlərdən sonra ermənilər bu səsləri eşitdilər və on ildən sonra o səsin harada eşidilmək ehtimalını gördü”.

Teleqraf.com xəbər verir ki, bunu şair Aqşin Yenisey deyib.

“Son hadisələr təxribat deyildi, adamlar, sadəcə Qarabağda olduğu kimi təhqir edib, aşağılayıb-alçaldırdılar ki, qorxusundan səsi çıxmasın. Hadisə yeri kimi ABŞ və Belçikanın seçilməsi təsadüfi deyil. Köçəryan öz kitabında yeni erməni nəsli üçün bizim qorxaq, torpağını qoyub qaçan obrazımızı yaradıb. Onlar düşünürlər ki, beş-altı dünya azərbaycanlısını döyüb alçaltsalar, dünyada “Qarabağ” qışqıran ikinci səsi batıracaqlar. Zəif yerlərimizi çox yaxşı bilirlər”, - Aqşin Yenisey qeyd edib.

Şair ermənilərin son hadisələrin fonunda dünyaya meydan oxumağa cəhd göstərdiklərini söyləyib: “Belə təxribat olmur, adamlar dünyanın ortasında azərbaycanlıları təhqir edib videosunu çəkirlər, social şəbəkələrdə paylaşırlar, üzləri açıq, adları məlum. Bu, dünyaya meydan oxumaqdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər