10 Oktyabr 2014 21:45
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu gün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən tədbirdə fond tərəfindən qrant müsabiqəsinin keçirilməsi qaydalarına dəyişikliklərin edilməsi, qrant müsabiqələri nəticəsində maliyyələşdirilən layihələrin və güzəştli kredit vasitəsi ilə maliyyələşdirilən layihələrin icrasının yoxlanması və monitorinqinin aparılması məsələləri müzakirə edilib.

İclasda fondun direktor müavini Azər Bayramov bildirib ki, hazırda fonda təqdim edilən layihələrin elektron imza ilə təsdiq edilməsi ilə bağlı təklif nazirliyin kollegiyasına təqdim edilib və müsbət rəy alındığı halda bu komponent fondun istifadə etdiyi sistemə əlavə ediləcək: “Birinci qrant müsabiqəsi çərçivəsində aparılan iş prosesi göstərib ki, layihələrin yalnız elektron variantda göndərilməsi yaxşıdır, istisna hallar kimi texniki problemlərin olması qəbul edilə bilər.

Sonda Müşahidə Şurası qrant vəsaiti və ya güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilən İT layihələrin icrasının yoxlanılması və monitorinqlərin keçirilməsi və qrant müsabiqəsinin keçirilməsi qaydalarına dəyişiklikləri təsdiq edib.

Belə ki, üç mərhələdə maliyyələşdirilən layihələrin sahibləri, hər bir mərhələ bitdikdə fonda hesabat təqdim etməlidirlər və fond yerində yoxlamalar keçirərək layihə icra planına uyğun olduğu halda maliyyələşdirməni davam etməsi haqda qərar qəbul edəcək.

Layihələrin icrası başa çatdıqdan sonra onların nə dərəcədə effektiv olması ilə bağlı monitorinqlər keçiriləcək.

İlhamə


Müəllif:

Oxşar xəbərlər