Milli Məclis “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dəyişikliyi üçüncü oxunuşda qəbul edib.
Teleqraf.com xəbər verir ki, 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir. İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək.
Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferi və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır. Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.