14 Avqust 2020 13:12
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda İrandan ölkəmizə gələn Gürcüstan vətəndaşının “Man” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı sürücüyə məxsus bir ədəd qara rəngli bel çantasının içərisində olan astarın alt tərəfində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü beş ədəd bağlamada, ümumi çəkisi 1 kiloqram 115 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com