17 Avqust 2020 19:51
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozulması ilə müşayiət olunan “Beer” restoranı aşkar olunub.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayom Polis İdarəsi və 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində sahibkarlıq subyektinin sahibi, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə, 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi 3 000 manat, digərləri 200 manat cərimə olunublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər