Həftəsonu məhdudiyyətlər ictimai fəallığı qismən də olsa azaltmaq məqsədi daşıyır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Sərt karantin rejimi tətbiq olunan zaman şəhərin boş olması hər birimizə psixoloji təsir edirdi. Hazırda isə canlanma müşahidə olunur. Çalışaq, mövcud vəziyyəti qoruyaq".
Toylarla bağlı məsələyə aydınlıq gətirən Hikmət Hacıyev bildirib ki, bu mövzuda tətbiq olunan qadağalar hər hər kəsə aiddir: "Hazırkı müddətdə toylarla bağlı qadağalar qüvvədədir".