“Azərsu” ASC Maştağa-Ramana-Sabunçu magistral su kəmərinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 14 oktyabr 2014-cü il saat 09:00-dan etibarən Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli suya 36 saatlıq məhdudiyyət qoyub.
Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Maştağa-Ramana-Sabunçu magistral su kəmərinin yenidən qurulması layihəsi çərçivəsində Ramana Südçülük Sovxozuna, məcburi köçkün şəhərciyinə, Yeni Suraxanı və Savalan yaşayış massivlərinə, eləcə də Samir Əliyev küçəsinin bir hissəsinə içməli suyun verilməsi 36 saat müddətində məhdudlaşdırılacaqdır.
ASC yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
NİGAR