17 Sentyabr 2020 00:12
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib:

“Təqdim olunan foto və video görüntülərdən də aydın olur ki, hər hansı bir yanğın hadisəsi olmayıb.

Avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsilə nasazlıq qısa vaxtda aradan qaldırılıb.

Avtobus depoya yola salınıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər