Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclasının vaxtı məlum olub.
Teleqraf.com xəbər veriri ki, bu barədə Report-a vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, iclas sentyabrın 28-i saat 15.00-a təyin edilib. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq. (Report)