14 Oktyabr 2014 10:51
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təqdimatı olub.

BSU-nun rektoru, professor Asif Hacıyev prezident İlham Əliyevin Fərmanına əsasən, ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli-mənəvi, dini dəyərləri təbliğ etmək məqsədi ilə belə bir Fondun yaradılmasını alqışladığını bildirib. Rektor Bilik Fondunun əməkdaşlarını universitetdə salamlamaqdan məmnun olduğunu deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektoru universitetin Akt zalında keçirilmiş tədbirdə tələbə və müəllim kollektivinə Bilik Fondunun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr haqqında film nümayiş olunub.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qurumun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə gələcək əməkdaşlığın mümkün formaları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində, o cümlədən regionlarda azərbaycançılıq məfkurəsinin təbliğində, əhalinin maarifləndirilməsində, gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil bilgilərinin artırılmasında tələbələrin, gənc alim və mütəxəssislərin Fondla birgə fəaliyyətinin qurulması vacibdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Təqdimat mərasimində Bilik Fondunun Himayəçilik Şurasının üzvü, millət vəkili, professor Sahibə Qafarova da iştirak edib.

Gəncləri maraqlandıran sualları cavablandıran O.Səmədov tələbələri Bilik Fondunun tədbirlərində fəal iştirak etməyə çağırıb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər