Metroda qatarların hərəkərində gecikmə var.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bəzi qatarlar arasında interval yubanması 2-3 dəqiqədir:
"Buna səbəb isə, "Nərimanov-Ulduz" yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə nasazlıq baş verib. Hazırda metro qatarlarının hərəkətində gecikmələr müşahidələr olunur".