20 Noyabr 2020 09:52
2 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun oğlu Adnan Hacızadə məlumat verib.

Mərhum bu gün saat 11:30-da Yasamal qəbiristanlığında dəfn ediləcək.

Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olmuşdu. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirmiş, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə etmişdi.

Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdi. Xalq hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olmuşdu.

Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi işləmişdi.

Demokratiya problemlərinə həsr olunmuş "Demokratiya haqqında 150 000 işarə" (1995),"İnsan Haqları - bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər