Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hamilə qadınlara və körpələrə vaksin vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, TƏBİB-in yaydığı məlumatda istahsalçı şirkətin tövsiyəsinə əsasən 18 yaşa qədər əhali kütləsinə, hamilə və südverən qadınlara peyvəndin vurulmasının tövsiyə edilmədiyi qeyd olunub.
Buna səbəb kimi bu istiqamətdə hələ tədqiqat aparılmadığı göstərilib.