11 Fevral 2021 11:33
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində yaralanan qazilərimizin müalicəsinə Türkiyə və İsraildən gələn həkimlər cəlb olunacaq.

Bu barədə Teleqraf.com-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən hazırda Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərimizin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər